Amerika administrasiyası bir sıra Çin mallarının, o cümlədən elektrik avtomobillərin idxalına gömrük rüsumlarının artırılmasını nəzərdən keçirir.
Qlobal bazarların həyəcanla gözlədiyi məlumatlar - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, qərarın nə vaxt veriləcəyi məlum deyil: Ağ Ev və digər departamentlərin nümayəndələri hələ də bu məsələni müzakirə edirlər.
“Gələn ilin əvvəlində tariflərə yenidən baxılması” imkanları nəzərdən keçirilir. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, eyni zamanda, Birləşmiş Ştatlar Çindən strateji əhəmiyyət kəsb etməyən bəzi istehlak mallarına rüsumları azaltmaq barədə düşünür.
İdxal edilən Çin elektrik avtomobilləri hazırda 25% tariflərə tabedir. Qəzet qeyd edib ki, gömrük tariflərinin artırılması Amerika vətəndaşlarına ABŞ prezidenti Co Baydenin Çinə qarşı sərt siyasət yürütdüyünü nümayiş etdirmək və 2024-cü il prezident seçkiləri ərəfəsində ona əlavə ictimai dəstək vermək məqsədi daşıyır.
Keçmiş Donald Tramp administrasiyası əslində Pekinə qarşı ticarət müharibəsinə başlayıb və Çindən gələn 370 milyard dollarlıq mallara gömrük rüsumları tətbiq edib. Çin hakimiyyətinin fikrincə, bu, təkcə Çin şirkətlərinə deyil, həm də Amerika istehlakçılarına mənfi təsir edib. (Marja)