ABŞ Əmək Naziriyi noyabr ayı üzrə inflyasiya məlumatlarını açıqlayıb.
FED.az xəbər verir ki, ölkədə baza inflyasiya sürətləndiyinə görə, ABŞ Mərkəzi Bankının (FED) yaxın müddətdə faiz dərəcələrini yüksək səviyyələrdə sabit saxlayacağına dair gözləntiləri gücləndirib. Baza inflyasiya yavaşlasaydı, FED faizləri azaltmağa daha tez başlaya bilərdi.
İnflyasiya aylıq müqayisədə 0,1 faiz, illik müqayisədə isə 3,1 faiz təşkil edib. Oktyabrda illik inflyasiya 3,2 faiz təşkil etmişdi.
Bloomberg-in sorğusuna qatılan iqtisadçıların gözləntiləri inflyasiyanın aylıq müqayisədə dəyişməyəcəyi və illik 3,1 faiz olacağı idi.
Ərzaq və enerji qiymətlərini nəzərə almayan baza inflyasiya isə sürətlənib və aylıq 0,3 faiz artıb. Əvvəlki ayda 0,2 faiz artım olmuşdu. İllik baza inflyasiya isə 4 faiz səviyyəsində dəyişməz qalıb.
Qiymət təzyiqləri onilliklərin yüksək səviyyələrindən aşağı düşsə da, inflyasiya hədəfindən yüksək olaraq qalır. Güclü məşğulluq bazarı istehlak xərclərini və iqtisadi artımı dəstəkləyir.
FED-in sabahkı iclasında faiz dərəcələrində hər hansı dəyişiklik edəcəyi gözlənilmir. (Marja)