İpoteka və Kredit Zəmanət Fondu Azərbaycanda portfel təminatı və istiqrazlara təminatla bağlı mexanizmlər üzərində işləri yekunlaşdırıb.
Azərbaycanda ipoteka kreditlərinin sayı - ARTIB
FED.az xəbər verir ki, bunu Fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov bildirib.
Onun sözlərinə görə, artıq hər iki layihə ilə bağlı müvafiq qaydalar təsdiq edilib.
"Portfel təminatı mexanizmi çərçivəsində daha çox mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi nəzərdə tutulub. İstiqrazlara təminat mexanizmi isə alternativ maliyyələşmə kimi nəzərdə tutulub", - deyə Fond rəsmisi qeyd edib.
Xatırladaq ki, ötən il Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış 28 069,2 milyon manatlıq əməliyyatın 2 279,1 milyon manatlıq hissəsi və yaxud 8,1 %-i korporativ qiymətli kağızların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 4,1 % çoxdur. İl ərzində bu bazarda bağlanmış 13 545 əqdin isə 3 961-i və yaxud 29,2 %-i korporativ qiymətli kağızların payına düşüb. Bu isə illik müqayisədə 10 % azdır. (Report)