Ötən il Azərbaycanda verilən ipoteka kreditlərinin sayında 1,8 faiz artım qeydə alınıb.
Prezidentdən İpoteka Fondu ilə bağlı - FƏRMAN
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Hesabata əsasən, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları 5,6 min ipoteka krediti verib ki, bunun da 3,9 mini adi, 1,7 mini isə güzəştli ipoteka krediti olub.
Bununla yanaşı 2023-cü ildə Azərbaycanda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilmə mexanizmi ilə 1 429 müqavilə rəsmiləşdirilib.