İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İpoteka Fondunun xəttilə verilən ipoteka kreditlərinin - 78%-i Bakının Payına Düşür
İKZF-dən FED.az-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 45 min 975 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 731 milyon 783 min 551 manatdır.