2023-cü il iyunun 30-na İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə Bakıda yaşayan vətəndaşlara 35,255 min ipoteka krediti verilib.
İpoteka Fondunun xətti ilə - 45 533 İPOTEKA KREDİTİ VERİLİB
FED.az xəbər verir ki, bu fonddan məlumat verilib.
İyunun 30-na İKZF-nin xətti ilə 45,07 min ipoteka krediti verilib. Beləliklə, fondun xətti ilə verilən bütün ipoteka kreditlərinin 78,2%-i Bakı şəhərinin payına düşüb.
2023-cü il iyunun 30-na Sumqayıtda 3,427 min, Abşeron rayonunda (Xırdalan) 3,546 min, Gəncədə 1,34 min, Naxçıvanda 546 ipoteka krediti verilib, qalan kreditlər respublikanın digər şəhərlərinin payına düşüb.
Fondun məlumatına əsasən, iyunun sonuna İKZF-nin müvəkkil bankları tərəfindən 2,505 milyard manat məbləğində kredit təkrar maliyyələşdirilib. Verilmiş ipoteka kreditlərinin ümumi məbləği 2 milyard 660 milyon manat, o cümlədən güzəştli kreditlər 814 milyon manat (ipoteka kreditlərinin ümumi həcminin 30,6%-i) təşkil edib.
İpoteka krediti götürənlər arasında 30-35 yaş arasında olan şəxslər (15,332 min kredit, bütün ipoteka kreditlərinin 34,02%-i), 18-29 yaş arasında olan şəxslər (15,276 min kredit, bütün ipoteka kreditlərinin 33,89%-i) və 35 yaşdan yuxarı şəxslər (14,462 min, bütün ipoteka kreditlərinin 32,09%-i) üstünlük təşkil edir.
Fondun məlumatına görə, verilmiş ipoteka kreditlərinin 93%-i çoxmərtəbəli yaşayış binalarında mənzillərin, 7%-i fərdi evlərin alınması ilə bağlıdır. İpoteka kreditlərinin 34,04%-i sahəsi 41-60 kvadratmetr, 29,35%-i sahəsi 61-80 kvadratmetr, 15%-i sahəsi 81-100 kvadratmetr olan mənzillərin alınması üçün verilib.
İpoteka yolu ilə alınan mənzillərin 33,13%-nin qiyməti 60-90 min manat, 32,92%-nin qiyməti 30-60 min manat, 18,2%-nin qiyməti 120 min manatdan artıq, 14,38%-nin qiyməti 90-120 min manat, 1,36%-nin qiyməti isə 30 min manata qədərdir.
İpoteka yolu ilə mənzil alanların 69%-i evli, 80%-i kişilərdir. Borcalanların 61,65%-nin aylıq gəliri 1,1 min manatı ötür.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir. (İnterfaks-Azərbaycan)