Smartfon AGM X6 poluçil zahitu ot padeniy s 60 metrov i kameru noçnoqo videniə
Möhkəm, qırılmaya davamlı mobil cihazların istehsalçısı olan AGM şirkəti özünün yeni «AGM X6» smartfonunun təqidm edib.
FED.az xəbər verir ki, yeni cihaz öz rəqiblərindən möhkəmliyinə görə fərqlənir, belə ki, smartfon hətta hündür evin üstündən düşəndə və ya ocağa düşəndə iş funksiyalarını saxlayır.
«AGM X6» smartfonu su və tozdan «IP68» və «IP69» standartları ilə qorunur. Bundan başqa, istehsalçı bu smartfonunu alıcısına geniqş təminatlı zəmanət verir. Zəmanətə əsasən, hətta smartfonun ahibi onun qəsdən ishatsa və ya suda qaynatsa belə, smartfon zədələnsə, şirkət onu qarşılayacaq. Şirkət xüsusi qeyd edir ki, smartfon 60 metr hündürlükdən düşməyə davam gətirir.
Bu göstəricilərinə baxmayaraq «AGM X6» bahalı smartfon sayılmır. Belə ki, onda «Unisoc T750» çipi quraşdırılıb, əməliyyat yaddaşı (RAM) 8 GB, ümumi yaddaşı isə 256 GB-dır. 6,78 döymlük ekran Full HD+ -dur və 60 Qü tezliyə malikdir..
Daha bir yenilik odur ki, smartfonun 50 MP-lik kamerası gecə görmə modulu ilə təmin edilib, akkumulyatoru isə 5000 mAç həcmindədir. Smartfonun Çində açıqlanan qiyməti təqribən 350 dollardır, nisbətən bahalı variant 420 dollara çatır.