2023-cü ilin ilk 6 ayında SOCAR-ın Baş rəhbərliyinə ödənişlərin məbləği 850 min manat təşkil edib.
FED.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.
Ötən ilin eyni dövründə isə bu göstərici 860 min manat idi.
Qrupun baş rəhbərliyinə SOCAR-ın Prezidenti, birinci Vitse-prezident və doqquz Vitse-prezidenti daxildir.
Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.
Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də Qrupun müəyyən şirkətlərində Direktorlar şurasının üzvləri olduqlarına görə ödənişlər almaq hüququna malikdirlər