Azərbaycan hava yükdaşımaları şirkəti "Silk Vey Vest Aviaşirkəti" MMC 2024-cü il üzrə maliyyə vəziyyəni açıqlayıb.
FED.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, şirkətdə gəlirlər və ümumi mənfəət kəskin artıb
Ötən il gəlirlər 2 milayrd 358 milyon manata bərabər olub. Bu da əvvəlki ilə nisbətən 444,8 milyon manat (23,2%) artımdır.
Sair əməliyyat gəlirləri isə 7,3 milyon manat (41,8%) azalma ilə 10,2 milyon manata düşüb.
Nəticədə, şirkətin məcmu gəliri 2 milyon 368 milyon manata bərabər olub. Bu da illik müqayisədə 437,5 milyon manat (22,7%) artım deməkdir.
Gəlirlərin kəskin artması ilə bərabər, şirkət xərclərini daha yavaş templə artıraraq yüksək mənfəətliliyə nail olub. Cəmi əməliyyat xərcləri 1 milyon 959 milyon manat təşkil edib. Bu da illik müqayisədə 232,7 milyon manat (13,5%) artım deməkdir.
Ən böyük xərc maddəsi olan yanacaq xərcləri 746,5 milyon manata bərabər olub ki, bu da ilik 35,5 milyon manat (5,0%) artım deməkdir.
Yerüstü xidmət və naviqasiya xərcləri 347,1 milyon manata bərabər olub. Bu 2023-cü ilə nəzərən 36,1 milyon manat (11,6%) artımdır.
Köhnəlmə xərcləri 251,6 milyon manat təşkil edib ki, bu da illik müqayisə ilə 86 milyon manat və ya 51,9% artım deməkdir.
Hava gəmisi və mühərrikin icarə xərcləri 139,2 milyon manat olub. Bu da 18,2 milyon manatlıq (15,1%) bir artımdır.
Komissiyalar 110,4 milyon manata bərabər olub. İllik müqayisədə isə 26,0 milyon manat (30,8%) artım qeydə alınıb.
Heyətlə bağlı xərclər 89,7 milyon manata çatıb. Son bir ildə isə 10,9 milyon manat (13,9%) artım qeydə alınıb.
Təmir və texniki xidmət xərcləri 13,2 milyon manat (31,0%) artımla 56,0 milyon manata , heyətin icarəsi və digər xərclər 6,7 milyon manat (16,7%) artımla 47,0 milyon manata yüksəlib, çarter uçuşları ilə daşıma haqları 6,8 milyon manat (19,4%) azalma ilə 28,2 milyon manata düşüb
Avtomaşınla daşıma xərcləri 43,6 milyon manata olmaqla 12,7 milyon manat (41,1%) artım göstərib.
Mal-material xərcləri 31,7 milyon manat səviyyəsində demək olar, dəyişməz qalıb.
Mənfəət vergisindən başqa vergilər 26,8 milyon manata bərabər olub. İl ərzində 3 milyon manat və ya 12,6% artım qeydə alınıb.
Sair xərclər isə 40,8 milyon manata bərabər olub. Bu da 6 milyon manat (12,8%) azalmadır.
Yekun mənfəət 3 dəfə artıb
Gəlirlərin artım tempi xərcləri üstələdiyi üçün, şirkətin əməliyyat mənfəəti 409,5 milyon manata yüksələrək 204,8 milyon manat və ya 2 dəfə artıb.
Hesabat dövründə maliyyə xərci 83,7 milyon manat, maliyyə gəliri 22,2 milyon manat, sair gəlirlər isə 16,1 milyon manat təşkil edib.
Bu amillərin birgə təsiri ilə şirkətin vergidən əvvəlki mənfəəti 310,7 milyon manata yüksələrək 199,0 milyon manat və ya 2,8 dəfə artıb.
Mənfəətin artması ilə əlaqədar olaraq, mənfəət vergisi xərci 65,6 milyon manata yüksəlib.
Nəticədə, şirkət 2024-cü ili 245,1 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 163,0 milyon manat və ya 3,0 dəfə çoxdur. Ümumi məcmu gəlir də eyni məbləğdə artıb.
Şirkətin cəmi aktivləri 2024-cü ildə 3 milyard 319 milyon manata brəabər olub. Aktivlər il ərzində 278,3 milyon manat (9,2%) artıb.
Cəmi uzunmüddətli aktivlər 81,9 milyon manat (4,0%) artımla 2 milyard 104 milyon manata yüksəlib.
İstifadə hüququ olan aktivlər 984,7 milyon manata brəabər olub ki, nəticə də 56,1 milyon manat (5,4%), əmlak və avadanlıqlar 498,4 milyon manata brəabər olub ki, bu da 17,7 milyon manat (3,4%) azalma deməkdir.
Ödənilmiş avanslar 573,8 milyon manata yüksələrək 154,3 milyon manat (36,8%), hava gəmisinin ehtiyat hissələri 27,0 milyon manata çataraq 5,8 milyon manat (27,3%) artıb.
Təmilyonat depozitləri 16 milyon manata brəabər olub. İl ərzində 3,4 milyon manat (17,5%) azalma baş verib.
Sair uzunmüddətli aktivlər isə 1,1 milyon manat (22%) azalaraq 4 milyon manata düşüb
Cəmi qısamüddətli aktivlər 1 milyard 215 milyon manata bərabər olub ki, bu da illik 196,5 milyon manat və ya 19,3% artım deməkdir.
Bank depozitləri 878,4 milyon manata yüksəlib, illik isə 204 milyon manat (30,3%) artım qeydə alınıb.
Ticarət və sair debitor borcları 161,2 milyon manat təşkil edib. Son bir il ərzində 12,9 milyon manat (8,7%) artım baş verib.
Pul vəsaitləri 80,8 milyon manata bərabər olub ki, bu da 5,4 milyon manat (7,1%) artımdır.
Əlaqəli tərəflərdən alınacaq məbləğlər 36 milyon manata enərək 25,0 milyon manat (41,0%) azalıb.
Mal-material ehtiyatları 3,5 milyon manat (25,4%) artımla 17,3 milyon manata çatıb.
Hesabat ilində cəmi kapital 1 milyon 780 min manata brəabər olub, il ərzində 228,3 min manat (14,7%) artım baş verib. Cəmi öhdəliklər 1 milyon 538 min manat təşkil edib. İllik 50,1 min manat (3,4%) artım baş verib.
Uzunmüddətli öhdəliklər 869,5 min manata bərabər olmaqla 64,9 min manat (6,9%) azalıb. Bu azalmanın əsas səbəbi, icarə öhdəliklərinin 100,5 min manat azalmasıdır.
Qısamüddətli öhdəliklər isə 115,0 min manat və ya 20,8% artımla 668,9 min manata yüksəlib. Bu artımın əsas səbəbi isə, qısamüddətli kreditlər və borcların 293,0 min manata çatmaqla 121,4 min manat (70,8%) artmasıdır.