Azərbaycanda Rusiyanın «Lada» avtomobillərinin satışı ilə məşğul olan anda «Xəzər-Lada» ASC 2024-cü il üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ili 157,6 min manat xalis mənfəətlə başa vurub. 2023-cü ildə isə 200 min manat mənfəətlə tamamlamışdı.
Beləliklə, şirkətin illik mənfəətində 42,4 min manat, başqa sözlə 21,2% azalma baş verib.
Hesabat ilində şirkətuin əsas əməliyyat gəlirləri 8 milyon 276 min manata bərabər olub. Kommersiya xərcləri isə 8 milyon 79 min manat təşkil edib.
Hesabat ilində şirkət 39,4 min manat mənfəət vergisi ödəyib, bu 2023-cü ilə nəzərən 10,6 min manat və ya 21,2% azdır.