"Sumqayıt Aşqarlar" ASC ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ili 154,6 min manat xalis zərərlə başa vurubş. 2022-ci ildə isə 209 min manat zərər etmişdi.
Hesabat dövründə şirkət mənfəət vergisi ödəməyib.
2022-ci ildə şirkət 44 min manat əməliyyat gəliri əldə etsə də ötən il gəlir əldə edə bilməyib.
"Sumqayıt Aşqarlar" ASC-nin dgər əməliyyat gəlirləri 74 min manat və ya 39% artaraq 263,7 min manata yüksəlib.
İnzibati xərcləri 23,5 min manat və ya 5,8% azalaraq 383,7 min manata, sair əməliyyat xərcləri 0,9 min manat və ya 2,5% azalaraq 34,6 min manata düşüb.
"Sumqayıt Aşqarlar" ASC ötən il 6 milyon 914 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 82 min manat və ya 1,2% azalıb.
Şirkətin öhdəlikləri 73 min manat və ya 1% artaraq 7 milyon 451 min manata yüksəlib.
Balans kapitalı mənfi 537 min manat olub ki, bu da 2022ci illə müqayisədə 155 min manat və ya 40% çoxdur.
Hesabat dövründə şirkətin yığılmış zərəri 154 min manat və ya 5,4% artaraq 2 milyon 987 min manata yüksəlib.