"Neftqazmaş" ASC ötən ilin maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ASC ötən il 1 milyon 925 min manat aktivlərə malik olub. Aktivlərdə son bir il ərzində 320 min manat və ya 14,3% azalma baş verib.
Hesabat dövründə şirkətin öhdəlikləri 671 min manat və ya 42,1% artaraq 924 min manata düşüb.
Balans kapitalı isə 2 milyon 900 min manat olub ki, bu da illik müqayisədə 536 min manat və ya 22,7% artım deməkdir.
Bölüşdürülməmiş mənfəətin həcmi 650 min manat (2,9 dəfə) artaraq 989 min manata düşüb.