"Məişət Malları" ASC ötən ilin maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ASC ötən ili 167 min manata yaxın xalis mənfəətlə başa vurub.
Bu 2022-ci ilə nisbətən 51 min manat və ya 23,4% azdır.
Bu dövrə şirkət 42 min manata yaxın mənfəət vergisi ödəyib.
Hesabat dövründə "Məişət Malları" ASC-nin əməliyyat gəlirləri 2 milyon 530 min manat, satışın maya dəyəri üzrə xərclər 340 min manat təşkil edib.
İllik müqayisədə əsas əməliyyat gəlirləri 1 milyon 49 min (29,3%), satışın maya dəyəri üzrə xərclər 1 milyon 69 min manat (4,1 dəfə) azalıb
Beləliklə ümumi mənfəət cəmi 20 min manat və ya 0,9% artaraq 2 milyon 190 min manata yüksəlib.
Hesabat dövründə şirkətin inzibati xərcləri 1 milyon 946 min manat, sair əməliyyat xərcləri 2 min 806 manat təşkil edib. Son bir il ərzində inzibati xərclər 184 min manat, (10,4%), sair əməliiyat xərcləri 886 manat (46,1%) artıb.
Bu dövrdə əməliyyat mənfəəti 165 min manat (40,6%), azalaraq 241 min manata düşüb, maliyyə zərəri isə 101 min manat (4,1 dəfə) azalaraq 33 min manat təşkil edib.
Ötən il "Məişət Malları" ASC 4 milyon 451 min manata yaxın akitvlərə malik olub. Aktivlər son bir ildə 134 min manat və ya 2,9% azalıb.
Öhdəliklərin həcmində isə 125 min manat (3,6%) azalma baş verib və 3 milyon 366 min manata düşüb.
Balans kapitalı isə bu dövrdə 1 milyon 85 min manat təşkil edib. Son bir il ərzində kapital 9 min manat, başqa sözlə 0,8% kiçilib.
Xəbər yenilənəcək...