"Merano-Baku" ASC-nin 2025-ci ilin ilk yarısı üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.az xəbər verir ki, ASC-nin Əsas əməliyyat gəlirləri 13 milyon 90 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 888,2 min manat (6,4%) azalma deməkdir.
Lakin bu gəlir azalması fonunda, şirkət satışın maya dəyərini 9 milyon 399 min manata endirərək 968,2 min manat (9,3%) azaltmağa nail olub.
Maya dəyərindəki qənaət gəlirlərdəki azalmanı üstələdiyi üçün, şirkətin ümumi mənfəəti 80 min manat (2,2%) artımla 3 milyon 692 min manata yüksəlib.
Bundan başqa kommersiya xərcləri 176,0 min manata endirib. İl ərzində 295,3 min manat və ya 62,7% azalma qeydə alınıb.
Bunun tam əksinə olaraq, inzibati xərclər 351,2 min manat (59%) artaraq 946,3 min manata yüksəlib.Sair əməliyyat xərcləri isə 30,5 min manata enərək cüzi (6,8 min manat) azalıb.
Nəticədə şirkətin əməliyyat mənfəəti 2 milyon 539 min manat təşkil edib və illik 30,9 min manat (1,2%) artıb.
Şirkət maliyyə xərclərini də 684,5 min manata endirərək 33,2 min manat (4,6%) azaltmağa nail olub.
Bütün bu amillərin yekununda, şirkətin vergitutmadan əvvəlki mənfəəti 1 milyon 854 min manata bərabər olub ki, bu da illik 64,1 min manat (3,6%) artımdır.
Mənfəətin artması ilə əlaqədar olaraq, ödənilən mənfəət vergisi 370,9 min manat təşkil edib.
Nəticədə, “Merano-Baku” ASC 2025-ci ilin ilk yarısını 1 milyon 483 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 51,2 min manat və ya 3,6% daha çoxdur.
Hesabat dövrünün sonunda şirkətin cəmi aktivləri 17 milyon 837 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 719,1 min manat (3,9%) azalma deməkdir.
Cəmi uzunmüddətli aktivlər 694,5 min manata yüksələrək, il ərzində 402,5 min manat və ya 2,3 dəfə artıb.
Torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər) ötən ilə nisbətən 331,1 min manat və ya 2,1 dəfə artımla 623,1 min manata çatıb.
Bununla yanaşı, şirkətin balansında yeni maddə kimi 71,4 min manatlıq “Sair uzunmüddətli aktivlər” yaranıb.
Bundan başqa cəmi qısamüddətli aktivlər 17 milyon 142 min manata enərək, il ərzində 1 milyon 122 min manat (6,1%) azalıb.
Ehtiyatlar 797,2 min manat (8,6%) azalma ilə 8 milyon 453 min manata düşüb
Sair qısamüddətli aktivlər 1 milyon 801 min manata bərabər olub. Bu da illik 791,5 min manat (30,5%) azalma deməkdir.
Pul vəsaitləri isə 199,7 min manata enərək cüzi (12,6 min manat) azalıb.
Qısamüddətli aktivlərdə yeganə artım isə qısamüddətli debitor borclarında baş verib. Bu borclar 6 milyon 688 min manata bərabər olub. Bu da 2023-cü ilə nəzərərn 479,8 min manat (7,7%) artım deməkdir.
Cəmi kapital 4 milyon 675 min manata bərabər olub. Balans kapitalı il ərzində 787,7 min manat (20,3%) artıb. Bu artımın əsas səbəbi, şirkətin bölüşdürülməmiş mənfəətinin 4 milyon 475 min manata çatmasıdır.
Nizamnamə kapitalı isə 100 min manat səviyyəsində dəyişməz qalıb.
"Merano_Baku"nun cəmi öhdəlikləri 13 milyon 162 min manata bərabər olub ki, bu da, il ərzində 1 milyon 507 min manat (10,3%) azalmadır.
Qısamüddətli öhdəliklər 2 milyon 408 min manata enib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon manat və ya 3,0 dəfəlik kəskin bir azalmadır.
Bunun əksinə olaraq, uzunmüddətli öhdəliklər 10 milyon 754 min manata yüksələrək 3,4 milyon manat (46,8%) artıb.