"Savalan ASC"-nin 2024-cü il üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.az xəbər verir ki, də ötən il şirkətin əsas əməliyyat gəlirləri 701,7 min manata bərabər olub , Son bir ilə nisbətənbu gəlirlər 49,6 min manat (7,6%) artıb. Satışın maya dəyəri isə 482,9 min manat təşkil edib. Bu göstərici daha yavaş templə (5,4 min manat və ya 1,1%) artıb.
Bu müsbət dinamika sayəsində şirkətin ümumi mənfəəti 44,2 min manat (25,3%) artımla 218,8 min manata yüksəlib..
Sair gəlirlər də 61,0 min manata yüksələrək 10,1 min manat (19,8%) artıb.
Nəticədə şirkətin əməliyyat mənfəəti 279,9 min manata bərabər olub ki, bu da illik müqayisədə 54,5 min manat (24,2%) artım deməkdir.
Vergitutmadan əvvəlki mənfəət 254,7 min manat təşkil edib. Nəticədə illik 53,4 min manat (26,5%) artım baş verib.
Mənfəətin artması ilə əlaqədar olaraq, ödənilən mənfəət vergisi isə 50,9 min manat olub.
Bütün bunların yekununda, şirkət 2024-cü ili 203,7 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 42,7 min manat və ya 26,5% daha çoxdur. Hər səhmə düşən mənfəət isə 0,13 manatdan 0,17 manata yüksəlib.
Aktivlər 205 min manat artıb
Şirkətin cəmi aktivləri 2 milyon 156 min manata bərabər olub. İl ərzində aktivlər 205,1 min manat (10,5%) böyüyüb.
Bundan cəmi uzunmüddətli aktivlər 891,6 min manata yüksələrək 229,0 min manat (34,6%) artıb. Bu artımın əsas səbəbi, yeni yaranmış 257,5 min manatlıq investisiyalar maddəsidir. Bununla yanaşı, torpaq, tikili və avadanlıqlar 28,6 min manat (4,3%) azalma ilə 634,0 min manata düşüb.
Cəmi qısamüddətli aktivlər isə 1 milyon 265 min manat təşkil edib. İllik bu aktivlər 23,9 min manat azalıb.
Bununla yanaşı, qısamüddətli debitor borclarının 358,5 min manata bərabər olub ki, bu da illik 46,2 min manat (11,4%) azalma deməkdir.
Bundan başqa, pul vəsaitləri 5,7 min manat (4,6%) artımla 128,3 min manata, digər aktivlər isə 544,9 16,7 min manat (3,2%) artımla min manata yüksəlib.
Ehtiyatlar isə 232,9 min manat səviyyəsində dəyişməz qalıb.
Hesabat ilində "Savalan" ASC-nin cəmi öhdəlikləri 35,8 min manat təşkil edib. Bu da 2023-cü ildəki göstəricidən 1,3 min manat çoxdur.
Cəmi kapital 2 milyon 120 min manata yüksələrək, il ərzində 203,7 min manat (10,6%) artıb.
Bu mənfəət şirkətin bölüşdürülməmiş zərərini 500,3 min manatdan 296,5 min manata endirib.
Nizamnamə kapitalı isə 2,4 milyon manat səviyyəsində dəyişməz qalıb.