"Level Leasing" 2025-ci ilin ilk yarısı üzrə maliyyə vəziyyətni açıqlayıb.
FED.az xəbər verir ki, lizinq şirkətinin faiz gəliri 1 milyon 197 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,7 min manat (4,4%) azalma deməkdir.
Bununla paralel olaraq, faiz xərcləri 607,8 min manata yüksələrək 128,4 min manat (26,8%) artıb.
Bu iki mənfi amilin birgə təsiri ilə şirkətin xalis faiz gəliri 589,4 min manata enib ki, bu da illik müqayisədə 184,0 min manatlıq (23,8%) bir azalmadır.
Qeyri-faiz əməliyyatları şirkətin maliyyə nəticələrinə ən böyük təsiri göstərib:
Şirkətin komissiya gəlirləri 18,4 min manata enərək cüzi azalıb.
Şirkətin bu dövrdə yeni yaranan sair əməliyyat gəlirləri (7,2 min manat) və dəbbə üzrə gəlirlər (28,8 min manat) ümumi gəlirləri də olub.
Lakin xərclər tərəfində çox kəskin dəyişikliklər baş verib.
Şşirkət inzibati xərclərini 9,9 min manata endirərək 5,1 min manat (34,0%), sair xərclərini isə 5,8 min manata endirərək 37,3 min manat (86,5%) azaltmağa nail olub.
Bununla yanaşı, bir sıra xərc maddələri kəskin şəkildə artıb:
İcarə haqqı 34,2 min manata yüksələrək 31,6 min manat və ya 13,1 dəfə artıb.
Bank əməliyyat xərcləri 15,8 min manata yüksələrək 11,1 min manat və ya 3,4 dəfə artıb.
Nəqliyyat xərcləri 2,0 min manata çataraq 1,4 min manat (3,4 dəfə) artıb.
Əmək haqqı və vergi ödənişləri də 212,1 min manata yüksələrək 20,5 min manat (10,7%) artıb.
Bütün bu gəlir və xərclərin yekununda, şirkətin mənfəət vergisindən əvvəlki gəliri 362,1 min manata enib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 172,5 min manatlıq (32,3%) bir azalmadır.
Hesabat dövründə 72,4 min manatlıq mənfəət vergisi və 27 min manatlıq mənfəətdən çıxılan xərclər də nəzərə alındıqdan sonra, “Level Leasing” ASC 2025-ci ilin ilk yarısını 262,7 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün 522 min manatlıq nəticəsindən 259,3 min manat və ya 49,7% daha azdır.
2025-ci ilin ilk yarısı şirkət üçün çətin keçib. Xalis faiz gəlirləri 589,4 min manata enərək 184,0 min manat (23,8%) azalıb. Eyni zamanda, bir sıra əməliyyat xərclərinin, xüsusilə də icarə haqqının 13,1 dəfə artması, yekun nəticələrə mənfi təsir edib. Nəticədə şirkətin vergidən əvvəlki gəliri 362,1 min manata enib. Bütün bunların yekununda, “Level Leasing” ASC 2025-ci ilin ilk yarısını 262,7 min manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrünün nəticəsindən 259,3 min manat və ya 49,7% azdır.
Aktivlər 1,3 milyon manat azalıb
Şirkətin cəmi aktivləri 9,9 milyon manata enərək, il ərzində 1,3 milyon manat (11,5%) azalıb.
Cəmi uzunmüddətli aktivlər 9,8 milyon manata enərək 1,2 milyon manat (11%) azalıb. Bu azalmanın əsas səbəbi, şirkətin əsas fəaliyyətini əks etdirən maliyyə lizinqi üzrə uzunmüddətli debitor borclarının 9,6 milyon manata enərək 1,3 milyon manat (11,9%) azalmasıdır.
Cəmi qısamüddətli aktivlər isə 77,4 min manat (2,3 dəfə) azalmaqla 57,8 min manata düşüb. Müsbət hal kimi, şirkətin pul vəsaitləri 0,6 min manat (4,0 dəfə) artımla 0,8 min manata yüksəlib.
Kapital kəskin azalıb, uzunmüddətli borclar isə enib
Hesabat ilində lizinq şirkətinin cəmi kapital 1 milyon 81 min manata brəabər olub. Balans kapitalı il ərzində 491,7 min manat (31,3%) azalıb.
Müsbət məqam kimi, şirkət borc yükünü azaltmağa nail olub. Cəmi öhdəliklər 8,8 milyon manata bərabər olub ki, bu da ötən ilin I yarısı ilə müqayisədə 799,7 min manat (8,3%) azdır. Bu azalma əsasən uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərin 8,5 milyon manata enərək 881,7 min manat (9,4%) azalması hesabına baş verib.
Bunun əksinə olaraq, cəmi qısamüddətli öhdəliklər 295,4 min manata bərabər olub. Bu da illik 82 min manat (38,4%) çoxdur.
Bu artımın əsas səbəbi isə qısamüddətli kreditor borclarının 223 min manata brəabər olmasıdır ki, bu da illik 153,7 min manat (3,2 dəfə) çoxdur.