2023-cü ilin yanvar-oktyabr aylarında "AzerGold" QSC 85,2 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən "AzerGold" QSC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 5-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,4 milyon dollar və ya 1,7% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayı ərzində "AzerGold" QSC 83,8 milyon dollar dəyərində məhsul ixrac edib.