"Araz-Naxçıvan Futbol Klubu" MMC 2024-cü il üzrə maliyyə hesabatını açqılayıb.
FED.az xəbər evrir ki, hesabata əsasən, ötən il klubun cəmi əməliyyat gəliləri 6 milyon 208 min manat olub ki, onun da 3 milyon 351 sponsor və reklamlardan gələn gəlirlərin, 2 milyon 857 min manatı sair gəlirlərin hesabına formalaşıb.
İllik müqayisədə cəmi əməliyyat gəliləri 3 milyon 371 min manat (2,2 dəfə) artıb, sponsor və reklamlardan gələn gəlirlər 2 milyon 96 min manat (2,7 dəfə), sair gəlirlər 1 milyon 275 min manat (80,6%) artıb.
5 milyon 859 min manat cəmi əməliyyat xərcinin 3 milyon 687 min manatı əmək haqqı və mükafat, 99,4 min manatı əsas vəsaitlərin amortizasiyası, 0,8 min manatı qeyri-maddi aktivlərin köhnəlməsi, 108,3 min manatı agentlərə (vasitəçilər) ödənilmiş məbləğlər, 1 milyon 964 min manat sair xərclər hesabına formalaşıb.
İllik müqayisədə cəmi əməliyyat xərcləri 2 milyon 561 min manat (78%), əmək haqqı və mükafat xərcləri 1 milyon 557 min manat (73%) , əsas vəsaitlərin amortizasiyası 18,6 min manat (23%) artıb, agentlərə (vasitəçilər) ödənilmiş məbləğlər 14,5 min manat (12%) azalıb, sair xərclər 1 milyon manat (2 dəfə) artıb.
Nəticədə "Araz-Naxçıvan" futbol klubu ötən ili 268,4 min manat mənfəətlə bitirib. Xatırladaq ki, 2023-cü ildə 479,3 min manat zərərdə idi.
"Araz-Naxçıvan Futbol Klubu" ötən il 1 milyon 208 min manat cəmi aktivlərə və öhdəliklərə malik olub. Klubun aktivləri və öhdəlikləri son bir il ərzində 103 min manat (9%) böyüyüb.
Xalis kapital göstəriciləri120 min manat (1,6%) azalaraq 7 milyon 5 75 min manata düşüb.
Sair öhdəlikləri 165 min manat (11%) azalmaqla 1 milyon 359 min manata düşüb.