Azərbaycanın ən böyük neft və qaz şirkəti SOCAR 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, neft şirkətinin gəlirləri 85 milyard 201 milyon manat, satşın maya dəyəri 76 milyard 639 milyon manat təşkil edib.
Nəticədə gəlir və maya xərcindən sonra ümumi mənfəət 8 milyard 562 milyon manata bərabər olub.
İllik müqayisədə gəlirlər 34 milyon 21 min manat (28,5%), satışın maya dəyəri 27 milyon 887 min manat (26,7%), ümumi mənfəət isə 6 milyon 140 min manat (41,8%) aşağı düşüb.
Öən il neft şirkətinin paylaşdırma xərcləri 2 milyard 206 milyon manat, ümumi və inzibati xərcləri 1 milyard 939 milyon manat, sosial xərclər 300 milyon manat, sair əməliyyat xərcləri 2 milyard 561 milyon manat, gəlirləri 843 milyon manat, əməliyyat mənfəəti 2 milyard 199 milyon manat, maliyyə xərcləri 1 milyard 833 milyon manat, mənfəət vergisi xərci isə 606 milyon manat təşkil edib.
İllik müqayisə ilə paylaşdırma xərcləri 842 milyon manat (27,6%) azalıb, ümumi və inzibati xərcləri 88 milyon manat (4,8%), sosial xərclər 86 milyon manat (86%), sair əməliyyat xərcləri 1 milyard 588 milyon manat (2,6 dəfə) artıb, gəlirləri 156 milyon manat, əməliyyat mənfəəti 7 milyard 163 milyon manat (4,3 dəfə) azalıb, maliyyə xərcləri 296 milyon manat (19,3%) artıb, mənfəət vergisi xərci isə 833 milyon manat (2,4 dəfə) azalıb.
Neft şirkəti ötən ili 2 milyard 73 milyon manat xalis mənfəətlə bitirib. Halbuki 2022-ci ildəki xalis mənfəət 9 milyard 424 milyon manat idi.
Ötən il SOCAR-ın cəmi aktivləri 71 milyard 966 milyon manat olub. Aktivlər son bir il ərzində 8 milyard 869 milyon manat və ya 11% azalıb.
Öhdəliklər 10 milyard 382 milyon manat (21,9%) azalaraq 37 milyard 118 milyon manata düşüb.
Balans kapitalı 1 milyard 513 milyon manat (4,5%) artaraq 34 milyard 848 milyon manata yüksəlib.