Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun 2024-cü il üzrə göstəriciləri məlum olub.
FED.az xəbər verir ki, 2024-cü ildə Fondun cəmi gəlirləri 10 milyon 651 min manata çatıb ki, bu da ötən ilə nisbətən 604,6 min manat (6,0%) artım deməkdir.
Ən böyük gəlir mənbəyi olan qeyri-birja əməliyyatlarından gəlir 10 milyon 490 min manata çatıb ki, bu da illik 586,8 min manatlıq (5,9%) bir artım deməkdir.
Sair əməliyyatlarından gəlirlər də 160,4 min manata yüksələrək 17,8 min manat (12,5%) artıb.
Xərclərdə 9,3 milyon manatlıq qənaət edilib
Hesabat ilində cəmi xərclər 3 milyon 443 min manata bərabər olub. İl ərzində 9 milyon 332 min manat və ya 2,7 dəfə azalma deməkdir.
Ən böyük qənaət sair əməliyyat xərclərində əldə edilib. Fond bu xərcləri 2 milyon 224 min manata endirərək, ötən ilə nisbətən 10 milyon 82 min manat və ya 5,5 dəfə azaltmağa nail olub.
Eyni zamanda, sərf edilmiş materialların dəyəri də 1,3 min manat və ya 29,5% azalma ilə 3,1 min manata düşüb.
Ən böyük xərc maddəsi olan əməkhaqqı xərcləri 942,3 min manata bərabər olub. Bu da illik 486,1 min manat və ya 2,1 dəfə artımdır.
Amortizasiya xərcləri 8,5 min manata yüksələrək cüzi (0,5 min manat) artıb.
Hesabat dövründə yeni maddə kimi 265,0 min manatlıq “maliyyə yardımları və sair transfer ödənişləri” xərci yaranıb.