Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2024-cü il üzrə maliyyə vəziyyətini açıqlaylıb.
FED.az xəbər verir ki, 2024-cü ildə Nazirliyin cəmi gəlirləri 127,7 milyon manata çatıb. Bu da ötən ilə nisbətən 7,6 milyon manat (6,4%) artım deməkdir.
Ən kəskin artım sair əməliyyatlarından gəlirlərdə baş verib. Bu maddə üzrə gəlirlər 8,8 milyon manata bərabər olub. İl ərzində bu gəlirlər 6,1 milyon manat və ya 3,3 dəfə artıb.
Ən böyük gəlir mənbəyi olan qeyri-birja əməliyyatlarından gəlir 106,2 milyon manata çatıb ki, bu da illik 2,7 milyon manatlıq (2,6%) bir artım deməkdir.
Bunun əksinə olaraq, birja əməliyyatlarından gəlirlər isə 12,6 milyon manata enərək 1,1 milyon manat (8,3%) azalıb.
Xərclərdə 9,5 milyon manatlıq qənaət əldə edilib
Hesabatın xərclərdəki göstəriclərində də azalma baş verib.
Cəmi xərclər 95,9 milyon manata bərabə olub, il ərzində 9,5 milyon manat (9,0%) azalma baş verib.
Ən böyük qənaət sair əməliyyat xərclərində əldə edilib. Nazirlik bu xərcləri 5,7 milyon manata endirərək, ötən ilə nisbətən 15,0 milyon manat və ya 3,6 dəfə azaltmağa nail olub.
Bununla yanaşı, bəzi xərc maddələrində artım müşahidə olunub:
Ən böyük xərc maddəsi olan əməkhaqqı xərcləri 75,7 milyon manata yüksələrək 4,3 milyon manat (6,1%) artıb.
Amortizasiya xərcləri 7,5 milyon manata bərabər olub. 2023-cü ilə nəzərən 711,2 min manat (10,5%) artım baş verib.
Sərf edilmiş materialların dəyəri 178,7 min manat (2,7%) artımla 6,7 milyon manata yüksəlib.
Hesabat dövründə yeni maddə kimi 265,0 min manatlıq “maliyyə yardımları və sair transfer ödənişləri” xərci yaranıb.
Sair əməliyyat xərclərinin alt maddəsi olan əmlakın ləğv edilməsi üzrə xərclər isə 25,9 min manata çataraq 13,0 min manat başqa sözlə 2 dəfə artıb.