"Kaskad Hidro" 2024-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, 2024-cü il üçün şirkətin əsas fəaliyyətdən gəliri 14,1 milyon manata bərabər olub Ötən ilə nisbətən bu gəlirlər 2,7 milyon manat (23,4%) artıb.
Gəlirlərin artım tempi satışın maya dəyərinin (9,3 milyon manat) artım tempini (10,5%) üstələdiyi üçün, şirkətin ümumi mənfəəti 4,8 milyon manata bərabər olub. Bu da illik 1,8 milyon manat (59,3%) artım deməkdir.
İnzibati xərclərdəki sıçrayış mənfəət artımını məhdudlaşdırıb
Ümumi mənfəətdəki böyük artıma baxmayaraq, əməliyyat xərclərindəki kəskin böyümə yekun nəticələrə ciddi təsir edib:
Hesabatın ən dramatik dəyişikliyi inzibati xərclərdə baş verib. Bu xərclər 1 milyon 14 min manata yüksələrək, ötən ilə nisbətən 882,5 min manat və ya 7,7 dəfə artıb.
Eyni zamanda, sair əməliyyat xərcləri də 94,9 min manata bərabər olub ki, bu da ilik müqayisədə 80,5 min manat və ya 6,6 dəfə artım deməkdir.
Bu iki böyük xərc artımı nəticəsində, şirkətin əməliyyat mənfəəti 3,7 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 838,8 min manatlıq (29,0%) artım olsa da, ümumi mənfəətdəki 59%-lik artım tempindən xeyli aşağıdır.
Hesabat ilində, şirkət maliyyə xərclərini 91,4 min manata endirərək 63,7 min manat (41,1%) azaltmağa nail olub.
Bununla yanaşı, ötən il mövcud olan 59,6 min manatlıq maliyyə gəliri bu il tamamilə sıfırlanıb.
Bütün bu amillərin yekununda, şirkətin vergi qoymadan əvvəlki mənfəəti 3,6 milyon manata bərabər olub. Bu 2023-cü illə müqayisədə 842,9 min manat (30,2%) artımdır.
Mənfəətin artması ilə əlaqədar olaraq, ödənilən mənfəət vergisi də 719,3 min manat təşkil edib.
Nəticədə, “Kaskad-Hidro M” MMC 2024-cü ili 2 milyon 919 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 682,6 min manat və ya 30,5% daha çoxdur.
Aktivlər 11,7 milyon manat artıb
Şirkətin ötən il üzrə cəmi aktivləri 22,3 milyon manata bərabər olub ki, bu da il ərzində 11,7 milyon manat və ya 2,1 dəfə artıb.
Cəmi uzunmüddətli aktivlər 2023-cü ildə ildə olmasa da 2024-cü il7,8 milyon manat təşkil edib. Bu artımın əsas səbəbləri yeni yaranan 7,8 milyon manatlıq “Torpaq, tikili və avadanlıqlar” və 7,8 min manatlıq investisiyalardır.
Cəmi qısamüddətli aktivlər 14,5 milyon manata yüksələrək 3,9 milyon manat (36,7%) artıb.
Bundan mallar (ehtiyatlar) 9,0 milyon manata bərabər olub ki, bu da 3,8 milyon manat (73,4%) artım deməkdir.
Alıcıların debitor borcları 2,9 milyon manata yüksələrək 939,7 min manat (48,8%) artıb.
Bunun əksinə olaraq, şirkətin pul vəsaitləri 761,6 min manata düşüb. Bu da 842,3 min manat (2,1 dəfə) azalma deməkdir.
Cəmi öhdəliklər 16,4 milyon manata yüksələrək, il ərzində 8,9 milyon manat və ya 2,2 dəfə artım göstərib.
Qısamüddətli öhdəliklər 13,6 milyon manata çataraq 8,1 milyon manat (2,5 dəfə) artıb. Bu artımın əsas səbəbi malsatanlara olan kreditor borclarının 8,8 milyon manata çataraq 6,7 milyon manat (4,1 dəfə) və təsisçilərə olan kreditor borclarının 4,1 milyon manata çataraq 1,7 milyon manat (72,2%) artmasıdır.
Uzunmüddətli öhdəliklər isə 2,8 milyon manat təşkil edib. Bu da illik müqayisədə 741,8 min manat (35,2%) artım deməkdir.
Cəmi kapital 5,9 milyon manata bərabər olub. İl ərzində balans kapitalı 2,9 milyon manat (94,4%) böüyüyüb. Bu artımın əsas səbəbi, şirkətin il ərzində əldə etdiyi mənfəətin və digər amillərin təsiri ilə bölüşdürülməmiş mənfəət/zərər maddəsinin yaxşılaşmasıdır.