“Azərboru” ASC 2019-cu il üzrə maliyyə vəziyyətini açıqlayıb.
Eləcə də bax: «Ata Holdinq» zərərdən böyük - MƏNFƏƏTƏ QAYIDIB – HESABAT
FED.az xəbər verir ki, ötən il ASC-nin 24 milyon 182 min manat ödənilməmiş zərəri nizamnamə 3 milyon 517 min nizamnamə kapitalından silib və şirkətin cəmi kapitalı -20 milyon 665 min manat olub.
2019-cu ildə “Azərboru”nun cəmi aktivləri 14 milyon 248 min manat (10,4% və ya 1 milyon 347 min manat artım) olub. Artım uzunmüddətli debtor borcların hesabına olub. Belə ki, şirkətin uzunmüddətli debitor borcları 2018-ci ildə 3 milyon 133 min manat, 2019-cu ildə 5 milyon 619 min manat olub. Uzunmüddətli debitor borclar 79,4% və ya 2 milyon 486 min manat artıb.
Şirkətin sair əməliyyat gəlirləri 1 milyon 39 min manat, sair əməliyyat xərcləri 2 milyon 115 min manat olub. ASC inzibati xərclərə 43,3 min manat xərcləyib.
Şirkətin əməliyyat mənfəəti 1 milyon 120 min manat olub.
Şirkət 2019-cu ili 4 milyon 309 min manat xalis mənfəətlə başa vurub.
Qeyd edək ki, şirkətin xalis mənfəəti il üzrə olan əməliyyat mənfəətinin (-1 milyon 120 min manat) hesabına deyil maliyyə mənfəətinin (5 milyon 429 min manat) hesabına olub.
Şirkət 2018-ci ildə 626,2 min manat göstərilmiş xidmətlərdən və satılmış mal-materialdan cəmi gəlir əldə etmişdi. Ötən il isə bu göstərici 332,8 min manat olub. “Azərboru”nun cəmi gəlirləri 2018-ci ilə görə müqayisədə 2019-cu ildə 1,9 dəfə azalıb.