Azərbaycanın məşhur biznes qruplarından odan «Ata Holdinq»in 2019-cu ilin sonuna maliyyə vəziyyəti açıqlanıb.
FED.az xəbər verir ki, 2019-cu ildə holdinq 2018-ci illə müqayisədə maliyyə vəziyyətini xeyli yaxşılaşdıraraq mənfəətə çıxıb.
Ötən il şirkətin əməliyyat gəliri 25,6 milyon manat (18% azalıb), satışların maya dəyəri 6,4 milyon manat (38% artıb) təşkil edib.
Ötən il təkrar sığortaçsılara ötürülmüş və ya ləğv edilmiş sığorta haqları 1 milyon 234 min manat (11,6% artıb), xalis sığorta ödənişləri 14 460 min manat (38,8% artıb), əməliyyyat xərcləri 19 478 min manat (2% artıb) olub. Ötən il «Ata Holdinq» xalis sığorta ehtiyatlarına dəyişiklik hesabına 5,6 milyon manat əldə edib. 2018-də bu maddə ilə şirkət 7,7 milyon manat itirmişdi.
Nəticədə Holdinq 2019-cu ili 10 milyon 345 min manat əməliyyyat zərəri ilə başa vurub.
Amma 43 milyon manatlıq maliyyə gəlirləri (14 dəfə artıb) ümumi vəziyyəti mənfətə çevirib.
Nəticədə 2019-cu ilin sonuna holdinqin vergidən əvvəlki mənfəəti 32 milyon 783 min manat olub, 72 min manat mənfəət vergisindən sonra isə xalis mənfəət 32 milyon 711 min manat təşkil edib.
Xatırladaq ki, Horldinq 2018-ci ili 8 milyon 725 min manat zərərlə başa vurmuşdu.
2019-cu ildə holdinqin aktivləri və öhdəlikləri azalıb.
Aktivlər 11,2% azalaraq 85 milyon 839 min manata enib. Öhdəliklər isə 13,7% azalaraq 25,7 milyon manata enib.
«Ata Holdinq»in cəmi kapitalı isə 7 milyon manat azalaraq 67,5 milyondan 60,2 milyon manata enib.