“NEFTQAZMAŞ“ASC 2019-cu ilə olan hesbaatını açıqlayıb.
Eləcə də bax: “Azərboru”nun gəlirləri - 2 DƏFƏYƏ YAXIN AZALIB - HESABAT
FED.az xəbər verir ki, 2019-cu ildə şirkətin əsas əməliyyat gəlirləri 5 milyon 698,2 min manat (27,4% və ya 1 milyon 225,5 min manat artım), satışın maya dəyəri 5 milyon 28,9 min manat (27,6% və ya 1 milyon 89,8 min manat artım) olub.
Şirkət digər əməliyyat gəlirlərindən isə 141,7 min manat qazanıb və 2019-cu ili 810,9 min manat əməliyyat mənfəəti əldə edib.
“NEFTQAZMAŞ “ASC ötən il mənfəətindən 162,2 min manat vergi ödədikdən sonra 2019-cu ili 648,7 min manat xalis mənfəətlə başa vurub. Şirkətin xalis mənfəəti 2018-ci ilə nisbətən 214,4 min manat və ya 49,4% artıb.
ASC-nin səhmlərinin sayı 383 min 945, hər səhm üzrə mənfəət isə 1,6897 manat olub.
Ötən il şirkətin cəmi aktivləri 3 milyon 234 min manat (2,9% və ya 90,2 min manat artım), cəmi öhdəlikləri 796 min manat (9,9% və ya 87,3 min manat azalma) , cəmi kapitalı 2 milyon 438 min manat (7,9% və ya 177,5 min manat artım) olub.