Almaniyanın avtomobil markası “Volkswagen”in Azərbaycanda rəsmi dileri olan “Azərbaycan Automobiles" ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ildə 60 milyon 483 min manat gəlir əldə edib, maya xərci isə 47 milyon 953 min manata bərabər olub.
İllik müqayisə ilə gəlirlər 12 milyon 610 min manat (26,3%), maya xərci isə 8 milyon 749 min manat (22,3%) artıb.
Ümumi mənfəət isə hesabata əsasən 35 milyon 423 min manata bərabər olub ki, bu da illik müqayisə ilə 26 milyon 754 min manat (4,1 dəfə) çoxdur.
Sair əməliyyat gəlirləri 8 min manat (4,5%) artaraq 186,4 min manata yüksəlib.
Kommersiya xərcləri 10 milyon 184 min manata, amortizasiya xərcləri 496,8 min manata, əməliyyat mənfəəti 2 milyon 36 min manata, maliyyə xərcləri 519,9 min manata bərabər olub.
İllik müqayisədə kommersiya xərcləri 2 milyon 639 min manat (35%), amortizasiya xərcləri 168,3 min manat (51%), əməliyyat mənfəəti 517 min manat (34,1%) artıb, maliyyə xərcləri 453,9 min manat (46,6%) azalıb.
303,2 min manatlıq mənfəət vergisi ödənişindən sonra şirkət ötən ili 1 milyon 213 min manat xalis mənfəətlə başa vurub.
Mənfəət vergisi ödəmələri 194,2 min manat (2,8 dəfə), xalis gəlirlər 777 min manat (2,8 dəfə) artıb.
“Azərbaycan Automobiles" ötən ilin sonunda 22 milyon 287 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 215 min manat və ya 1% artıb.
Öhdəliklər 997 min manat (4,7%) azalaraq 20 milyon 179 min manata düşüb.
Balans kapitalı 1 milyon 212 min manat (2,4 dəfə) artaraq 2 milyon 108 min manata çatıb.
Şirkətin bölüşdürülməmiş mənfəətin həcmi 1 milyon 213 min manata bərabər olub ki, bu da illik müqayisədə 777 min manat və ya 2,8 dəfə çoxdur.