Avropa ölkələrində qarşıdan gələn ağır payız-qış mövsümü ərəfəsində yeraltı qaz anbarlarının (YQA) doluluq səviyyəsi üzrə antirekord göstəricilər qeydə alınır.
FED.az xəbər verir ki, “TASS”ın məlumatına görə bunu “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.
“Avropa İttifaqı ölkələri ağır payız-qış mövsümü ərəfəsində qaz sahəsində tarixi antirekordlar nümayiş etdirir”, - Aleksey Miller qeyd edib..
“Qazprom”un məlumatına görə, Avropanın YQA-larında qaz ehtiyatlarının səviyyəsi əvvəlki əlamətdar minimum göstəricilərdən aşağı olaraq qalır. Oktyabrın 1-nə Avropadakı qaz anbarlarının doluluq səviyyəsi 72% təşkil edib, onlarda aktiv qazın həcmi isə ötən ilin eyni tarixinə nisbətən 11,3 mlrd. kubmetr az olub.












