“Daşınmaz Əmlakın Kadastrı və Reyestri” PHŞ (VÖEN: 1307418611) “El-Seym İnşaat” QSC (VÖEN: 1000202761) ilə satınalma müqaviləsi imzalayıb.
7 müqavilədə 75 milyonluq sifariş varmış - “El-Seym İnşaat” HANSI QURUMLARIN TENDERİNİ UDUR?
Dövlət qurumunun binası 7 milyona təmir ediləcək – QALİB ŞİRKƏT, ƏTRAFLI
Bakıda keçirilən İnvestisiya Forumu 6 milyona başa gəlib – 7 MÜQAVİLƏ, QALİB ŞİRKƏTLƏR, DETALLAR
Dövlət qurumunun «qara siyahı»sında - Hansı şirkətlər var? – TAM SİYAHI
Dövlət qurumu Nərimanovda kvadratı 15 manat ofis icarələyir – 540 MİNLİK MÜQAVİLƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov 40 ünvanında yerləşən inzibati binasında təmir və yenidənqurma işlərinin alınması nəzərdə tutulub. İmzalanmış müqavilənin dəyəri 7 milyon 152 min 175 manat təşkil edib.
Dövlət qurumu bu işlərin görülməsinin 8 milyon 938 min 796 manata başa gələcəyini ehtimal etsə də, şirkət 1 milyon 786 min 621 manat daha ucuz qiymət təklif edib.
Bundan başqa, “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” PHŞ həmin tenderi cari ilin may ayının 19-da elan etsə də, iyun ayının 24-də dəyişikliklər edib. Bundan 14 gün sonra – iyul ayının 8-də zərflərin açılışı həyata keçirilib.
Qeyd edək ki, “El-Seym İnşaat” QSC 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizanamə kapitalı 152 min manat olan şirkətin qanuni təmsilçisi Ələkbərov Yaşar Kəmənd oğludur.













