Xəbər verildiyi kimi, “El-Seym İnşaat” QSC (VÖEN: 1000202761) “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” PHŞ ilə 7 milyon 152 min manatlıq müqavilə imzalayıb.
Dövlət qurumunun binası 7 milyona təmir ediləcək – QALİB ŞİRKƏT, ƏTRAFLI
Bakıda keçirilən İnvestisiya Forumu 6 milyona başa gəlib – 7 MÜQAVİLƏ, QALİB ŞİRKƏTLƏR, DETALLAR
Dövlət qurumunun «qara siyahı»sında - Hansı şirkətlər var? – TAM SİYAHI
Dövlət qurumu Nərimanovda kvadratı 15 manat ofis icarələyir – 540 MİNLİK MÜQAVİLƏ
Müqaviləyə əsasən, bu məbləğin əvəzində şirkət Daşınmaz əmlak qrumunun 1 saylı Bakı Ərazi İdarəsinin binasını, yəni Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov 40 ünvanında yerləşən inzibati binasında təmir və yenidənqurma işləri aparacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “El-Seym İnşaat” QSC indiyə qədər bir sıra dövlət qurumlarının da milyonluq tenderlərinin qalibi olub. Üstəlik, şirkətin qalibi olduğu 8 tenderdən 5-i işğaldan azad olunmuş ərazilərdə tikinti və bərpa işləri ilə bağlı olub.
Belə ki, 2024-cü ildə şirkətlə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ arasında ümumi dəyəri 38 milyon 3 min 701 manat olan 2 satınalma müqaviləsi imzalanıb.
2025-ci ildə isə Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmət PHŞ ilə şirkət arasında ümumi dəyəri 18 milyon 962 min 732 manat olan 2 müqavilə, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ ilə şirkət arasında ümumi dəyəri 1 milyon 59 min 56 manat olan 1 satınalma müqaviləsi imzalanıb.
Həmin ildə şirkət Azərbaycan Qida Təhlükəsizliyi İnstitut PHŞ ilə 824 min 361 manatlıq, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti ilə 9 milyon 889 min 264 manatlıq satınalma müqavilələri imzalayıb.
Yekun olaraq, şirkətin qalibi olduğu 8 tenderin ümumi dəyəri 75 milyon 891 min 289 manat təşkil edib.
Qeyd edək ki, “El-Seym İnşaat” QSC 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizanamə kapitalı 152 min manat olan şirkətin qanuni təmsilçisi Ələkbərov Yaşar Kəmənd oğludur.
Bundan əvvəl isə şirkət ölkənin müxtəlif ərazilərində məktəb, xəstəxana və məhkəmə binaları tikib.
Daha ətraflı:
|
S/N |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
|
|
1 |
"Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri" PHŞ |
1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov 40 ünvanında yerləşən inzibati binasında təmir və yenidənqurma işlərinin alınması |
7 152 175 AZN |
02.10.2026 |
|
|
|
CƏMİ 2026 - 7 152 175 AZN |
|
|||||
|
2 |
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmət PHŞ |
“Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-128 üzrə binaların tikintisi işləri”nin satın alınması |
10 187 487 AZN |
18.12.2026 |
|
|
|
3 |
Azərbaycan Qida Təhlükəsizliyi İnstitut PHŞ |
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun balansında olan obyektlərin əsaslı təmir işlərinin satın alınması |
824 361 AZN |
31.10.2025 |
|
|
|
4 |
“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ |
Laçın rayonunun Qorçu qəsəbəsinin tikinti layihəsi çərçivəsində söküntü işlərinin təşkili |
1 059 056 AZN |
24.10.2025 |
|
|
|
5 |
Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti |
150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı |
9 889 264 AZN |
29.08.2025 |
|
|
|
6 |
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmət PHŞ |
“Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-129 üzrə binaların tikintisi işləri”nin satın alınması |
8 775 245 AZN |
27.08.2025 |
|
|
|
CƏMİ 2025 - 30 735 413 AZN |
|
|||||
|
7 |
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ |
“Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 6-cı məhəllə üzrə 126 mənzildən ibarət (2,3,4,5 otaqlı ) 6 ədəd yaşayış binalarının (3,4,5,6,7 mərtəbəli) tikintisi” işlərinin satın alınması |
17 980 774 AZN |
07.06.2024 |
|
|
|
8 |
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ |
"Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 9-cu məhəllə üzrə 144 mənzildən ibarət (2,3,4,5 otaqlı ) 7 ədəd yaşayış binalarının (3,4,5,6,7 mərtəbəli) tikintisi" işlərinin satın alınması |
20 022 927 AZN |
04.06.2024 |
|
|
|
CƏMİ 2024 - 38 003 701 |
|
|||||
|
YEKUN -75 891 289 AZN |
||||||













