Hazırda Yer kürəsinin aşağı orbitində 34 054 süni obyekt var.
FED.az xəbər verir ki, NASA-nın «Orbital Debris Quarterly News» jurnalının məlumatına görə, bu rəqəm son üç ayda 956 artıb.
Bu 34 min obyektdən 19 mini həm işlək, həm də istismardan çıxarılmış kosmik gəmilərdir.
Digər 14 900 obyekt isə raketin pillələri, onların kosmosa düşmüş müxtəlif hissələridir.
Hazırda kosmosda ən çox izlənilən obyekt ABŞ-a məxsusdur, amerikanların kosmosda 18 300 obyekti var. Bunların 13 600-ü kosmik gəmi, daha 4.700-i isə raket pillələri və qırıntılarıdır.
Rusiya kosmosda 6 575 əmlakla ikinci yerdədir. Bu rəqəm son üç ayda 11 ədəd azalıb. Çin 3-cü yerdədir – onun kosmosda 5737 əmlakı var, son bir ayda onların sayı isə 104 ədəd artıb.
Sonrakı yerlərdə 727 obyektlə Böyük Britaniya, 649 obyektlə Fransa, 322 obyektlə Yaponiya və 191 obyektlə Hindistan gəlir. Avropa Kosmik Agentliyi daha 132 obyektdən məsuldur.
Qalan ölkə və təşkilatların kosmosda 1 398 obyekt var.
Lakin NASA statistikası Yer kürəsinin aşağı orbitindəki kosmik zibilin faktiki miqdarını əks etdirmir. Bəzi obyektlər o qədər kiçikdir ki, onları izləmək mümkün deyil. Kiçik fraqmentlər isə xeyli çoxdur və onlar çox təhlükəlidir. O qədər təhlükəlidir ki, orbital sürətdə olan kiçik bir qırıntı belə peykə ciddi zərər verə və ya pilotlu kosmik gəmi üçün təhlükə yarada bilər.












