Azərbaycanda ən çox və ən az investisiya yatırılan rayon və şəhərlər məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ildə Azərbaycanın rayon və şəhərləri üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmində böyük fərqlər qeydə alınıb.
FED.AZ-ın hazırladığı renkinqə görə, 2025-ci ildə Bakı şəhəri nəzərə alınmadıqda ən böyük investisiya işğaldan azad edilmiş rayonlara yatırılıb.
Belə rayonlar arasında ən çox vəsait Kəlbəcər rayonuna yönəldilib – 993,3 milyon manat.
İkinci yerdə Ağdam qərarlaşıb. Rayona il ərzində 784,6 milyon manat investisiya yatırılıb. İlk üçlüyü Zəngilan – 737,2 milyon manatla tamamlayır.
Sonrakı yerlərdə Abşeron, Laçın, Xızı, Şuşa və Cəbrayıl kimi rayonlar gəlir. Şəhərlər də renkinqə daxil edildikdə isə Bakı böyük fərqlə birinci yerdədir – 2025-ci ildə paytaxtda əsas kapitala yönəldilən investisiyaların həcmi 11,4 milyard manat təşkil edib.
2025-ci ildə rayon və şəhərlər üzrə investisiyalar







![Azərbaycanda ən çox və ən az pul yatırılan – [red]RAYON/ŞƏHƏRLƏR – MƏBLƏĞLƏR, SİYAHI[/red] | FED.az](/upload/news/small/4820658.png)
![Azərbaycanda ən çox və ən az pul yatırılan – [red]RAYON/ŞƏHƏRLƏR – MƏBLƏĞLƏR, SİYAHI[/red] | FED.az](/upload/news/small/386588.png)
![Azərbaycanda ən çox və ən az pul yatırılan – [red]RAYON/ŞƏHƏRLƏR – MƏBLƏĞLƏR, SİYAHI[/red] | FED.az](/upload/news/small/1859324.png)







