Dövlət Gömrük Komitəsində apardığı yoxlamalar zamanı 2018-2022-ci illərdə böyük məbləğdə vəsaitini büdcədən yayındırıldığı aydın olub.
FED.az xəbər verir ki, Komitədə yoxlamanı Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti aparıb və yeyintini də bu qurum aşkar edib.
Məlum olub ki, 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsi tərəfindən 131 902,9 min manat, yəni təqribən 132 milyon manat məbləğində gömrük ödənişi az hesablanıb və bu qədər vəsait dövlət büdcəsinə az ödənilib, yəni yayındırılıb.
Maraqlıdır ki, yoxlama yalnız Dövlət Gömrük Komitəsinə Səfər Mehdiyevin rəhbərlik etdiyi dövrü əhatə edib.
Belə ki, rəsmi açıqlamaya görə, yoxlama 2018-ci ilin aprelindən 2022-ci ilin avqustun 1-dək olan dövrü əhatə edib.
Həmin dövrdə isə komitəyə Səfər Mehdiyev rəhbərlik edib. Belə ki, FED.az-ın məlumatına görə, gömrüyün keçmiş şefi Səfər Mehdiyev komitəyə sədr olaraq 23 aprel 2018-ci ildə təyin edilib, 16 iyul 2022-ci ildə isə prezidentin sərəncamı ilə işdən kənarlaşdırılıb.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.