Bu ilin 11 ayı ərzində Azərbaycan İsrailə 1 milyard 379 milyon 802 min dollar dəyərində 2 milyon 244,6 min ton neft ifrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Bu ölkəyə neft ixracı, dəyər ifadəsi ilə 187 milyon 104,1 min dollar (11,9%) azalıb, miqdar ifadəsi ilə 94 min ton (4,4%) artıb.
Ötən ilin 11 ayında Azərbaycandan İsrailə 1 milyard 565 milyon 906 min dollarlıq 2 milyon 150,2 min ton neft ixrac edilib.
Bu ölkəyə satılan neftin hər tonunun qiyməti hesabat dövründə 615 dollar, ötən ilin müvafiq dövründə isə 729 dollar təşkil edib, illik müqayisədə 114 dollar, yəni 15,6% ucuzlaşma baş verib.
Hesabat dövründə İsrail ən çox neft satılan ölkələr sırasında ikinci olub.