“Sumqayıt Toxucu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağını keçirəcək.
FED.AZ xəbər verir ki, səhmdarların ümumi yığıncağı 6 noyabr 2026-cı il saat 10:00-da cəmiyyətin yerləşdiyi inzibati binada baş tutacaq.
Yığıncağın gündəliyinə şirkətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin hesabatının müzakirəsi və təsdiqi, həmçinin mənfəət və zərərlərin bölüşdürülməsi daxil edilib.
Yığıncaqda diqqətçəkən məsələlərdən biri də “Sumqayıt Toxucu” ASC-nin idarəetmə orqanlarının yenidən formalaşdırılmasıdır. Bununla yanaşı, səhmdarlar digər məsələləri də müzakirə edəcəklər.
Səhmdarlar yığıncaqda müzakirəyə çıxarılacaq məsələlərə dair sənədlərlə həftənin iş günlərində cəmiyyətə müraciət etməklə tanış ola bilərlər.
Yığıncaq Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq evinin arxasında yerləşən cəmiyyətin inzibati binasında keçiriləcək.
Əlaqə telefonu: +994 51 614 10 00.













