“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (BKT) balansında olan daşınmaz əmlakların satışı üzrə açıq hərrac keçirilib. Hərrac 16 sentyabr 2026-cı il tarixində saat 10:30-da baş tutub.
FED.az xəbər verir ki, hərrac çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 3 ünvanında yerləşən 3 qeyri-yaşayış sahəsi öz alıcısını tapıb. Satılmış əmlakların ümumi start qiyməti 223 542 AZN təşkil edib və hər üç obyekt start qiymətinə satılıb.
Satılan əmlakların göstəriciləri aşağıdakı kimidir:
-
36,50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi: Tam qiyməti 80 300 AZN olduğu halda, 72 270 AZN start və satış qiyməti ilə satılıb.
-
37,00 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi: Tam qiyməti 81 400 AZN təşkil edən obyekt 73 260 AZN-ə satılıb.
-
39,40 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi: Tam qiyməti 86 680 AZN olan əmlak 78 012 AZN-ə alıcı tapıb.












