PAŞA Bank 2026-cı ilin ilk yarısında kapital mövqeyini daha da gücləndirib.
FED.az-ın bankın təqdim etdiyi göstəricilərə əsasən apardığı müqayisəyə görə, bankın kapitalı 2024-cü ilin sonunda 903 milyon manat olduğu halda, 2025-ci ilin sonunda 964 milyon manata, 2026-cı ilin iyununda isə 1 milyard 9 milyon manata yüksəlib.
Beləliklə, kapital 2024-cü ilin sonu ilə müqayisədə 106 milyon manat və ya 11,7% artıb. Təkcə 2026-cı ilin ilk 6 ayında artım 4,7% təşkil edib.
Bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı da yüksəliş nümayiş etdirib. Göstərici 2024-cü ilin sonunda 15,39%, 2025-ci ilin sonunda 19,62%, 2026-cı ilin iyununda isə 23,09% olub.
Məcmu kapitalın adekvatlıq əmsalı isə müvafiq olaraq 20,41%-dən 22,15%-ə, daha sonra 23,06%-ə yüksəlib. Bu göstərici üzrə normativ minimum hədəf 12,5% səviyyəsində göstərilib.
Likvidliyin örtülmə əmsalı 2024-cü ilin sonunda 182,3% olduğu halda, 2025-ci ilin sonunda 205,9%-ə, 2026-cı ilin iyununda isə 213,7%-ə çatıb. Ani likvidlik əmsalı isə eyni dövrdə 63,2%-dən 57,7%-ə, daha sonra 47,5%-ə geriləsə də, təqdimatda göstərilən 30%-lik minimum hədəfdən yuxarı qalıb.













