PAŞA Bank dividend və səhm üzrə əsas göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, 2026-cı ilin iyun ayının sonuna bankın bir səhm üzrə gəliri (EPS) 5,16 manat, orta kapital gəlirliliyi (ROAE) isə 10,3% təşkil edib.
Məlumata əsasən, 2025-ci ilin yekunları üzrə dividend ödənişlərinin ümumi həcmi 129 milyon manat, dividend ödəmə əmsalı isə 59% olub. 2026-cı ilin ilk yarısında isə dividend ödənişlərinin həcmi 107 milyon manat, dividend ödəmə əmsalı 57,7% göstərilib.
Bankın gözlənilən minimal dividend ödəmə əmsalı 30–40% səviyyəsində müəyyən edilib. Beləliklə, faktiki dividend ödəmə göstəricisi minimum nəzərdə tutulan səviyyədən yüksəkdir.
Bir səhm üzrə ödənilmiş dividend (DPS) təxminən 2,86 manat təşkil edir. Qeyd olunur ki, 53,5225 milyon manat məbləğində dividend artıq ödənilib və bu, hər səhm üçün təxminən 2,86 manata bərabərdir. Eyni məbləğdə növbəti dividend ödənişinin isə oktyabr ayında həyata keçirilməsi nəzərdə tutulur.
PAŞA Bank bildirir ki, 2026-cı ilin nəticələri üzrə dividend ödəmə əmsalı ilə bağlı gözlənti ilin sonunda açıqlanacaq.













