PAŞA Bank Gürcüstan 2026-cı ilin ilk yarısını aktivlərinin və kapitalının artımı ile başa vurub.
FED.az xəbər verir ki, bunu PAŞA bankın İdarə Heyətinin üzvü Murad Süleymanov bildirib.
O bildirib ki, 2026-cı ilin iyun ayının sonuna bankın cəmi aktivləri 426,057 milyon manat təşkil edib. 2025-ci ilin sonunda bu göstərici 419,648 milyon manat olub. Beləliklə, aktivlər 1,5% artıb.
Bankın müştərilərə verdiyi kreditlərin ümumi həcmi isə 271,515 milyon manatdan 270,554 milyon manata düşüb. Kredit portfelində 0,4% azalma qeydə alınıb. Müştəri hesablarındakı vəsaitlər də 228,140 milyon manatdan 222,109 milyon manata enərək 2,6% azalıb.
Bununla yanaşı, PAŞA Bank Gürcüstanın məcmu kapitalı 2025-ci ilin sonundakı 81,654 milyon manatdan 84,729 milyon manata yüksəlib. Artım 3,8% təşkil edib.
2026-cı ilin ilk yarısında bankın faiz gəlirləri 18,052 milyon manat olub. Ötən ilin eyni dövründə bu göstərici 16,030 milyon manat idi. Beləliklə, faiz gəlirləri 12,6% artıb. Eyni zamanda faiz xərcləri 8,239 milyon manatdan 11,191 milyon manata yüksələrək 35,8% artıb.













