Bu ilin 11 ayı ərzində Azərbaycan Türkiyəyə 661 milyon 525 min dollar dəyərində 1 milyon 173 min tondan çox neft ifrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Bu ölkəyə neft ixracı, dəyər ifadəsi ilə 286 milyon 98 min dollar (76,2%), miqdar ifadəsi ilə 586 min ton (99,7%) artıb.
Ötən ilin 11 ayında Azərbaycandan Türkiyəyə 375 milyon 428 min dollarlıq 587,2 min ton neft ixrac edib.
Bu ölkəyə satılan neftin hər tonunun qiyməti hesabat dövründə 564 dollar, ötən ilin müvafiq dövründə isə 639 dollar təşkil edib, illik müqayisədə 75 dollar, yəni 11,8% ucuzlaşma baş verib.