Bu gün, sentyabrın 18-də Bakı Fond Birjasında (BFB) “KollektA” ASC-nin 2 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi başa çatıb.
BFB-nin məlumatına görə, istiqrazların (AZ2001028672) yerləşdirilməsi üzrə hərrac zamanı emissiyanın bütün həcmi – 2 milyon manat yerləşdirilib.
Xatırladaq ki, buraxılış çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz dövriyyəyə buraxılıb.
Hərracda istiqrazların alınması üçün ümumilikdə 53 investor 54 sifariş verib. Beləliklə, təqdim olunan sifarişlərin həcmi buraxılışın bütün həcmini əhatə edib və istiqrazların hamısı yerləşdirilib.
Xatırladaq ki, “KollektA” ASC-nin istiqrazları olduqca yüksək gəlirliliklə buraxılıb, 18 ay dövriyyədə olacaq istiqrazların illik faiz gəlirliliyi 16% təşkil edir, faiz ödənişləri hər ay həyata keçiriləcək.
Emissiyanın anderrayteri ölkənin aparıcı və fəal investisiya şirkətlərindən olan “Troni İnvestisiya Şirkəti” QSC olub. Şirkət “KollektA” ASC-nin 2 milyon manatlıq istiqraz buraxılışının yerləşdirilməsində anderrayter qismində çıxış edib.
Xatırladaq ki, “KollektA” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı BFB-nin Listinq Komitəsi tərəfindən sentyabrın 16-da verilib. Sentyabrın 18-də başa çatan hərracın nəticələri birjanın müvafiq qaydalarının tələblərinə cavab verdiyindən istiqrazlar birjanın Standart Bazar Listinq seqmentinə daxil edilib.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“KollektA” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2001028672 |
|
İstiqrazların növü və forması |
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli hərrac |
|
İstiqrazların sayı |
20,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
2,000,000 manat |
|
Kupon faizi |
16% |
|
Ödəmə Periodu |
Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir |
|
Tədavül müddəti |
18 ay |
|
Hərrac qiyməti* |
100 manat |
|
Reallaşdırılmış həcm |
2,000,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
2,000,000 manat |
|
İnvestor sayı |
53 |
|
Sifariş sayı |
54 |
|
Anderrayter |
"Troni İnvestisiya Şirkəti" QSC |













