Azərbaycanda yalnız 4 bankda əhalinin saxladığı əmanətin məbləği 1 milyard manatı keçir.
Əhalinin əmanətlərini ən çox - Artırdığı banklar
FED.az xəbər verir ki, bu ölkə banklarının fiziki şəxslərin əmanətlərinin həcmi üzrə renkinqdə məlum olub.
Renkinqə əsasən, 30 iyun 2026-cı il tarixinə yalnız 4 bankda fiziki şəxslərin depozitlərinin həcmi 1 milyard manatı ötür. Bunlar
1. Azərbaycan BBeynəlxalq Bankı - ABB – 3 milyard 893,8 milyon manat
2. Kapital Bank – 3 milyard 708,2 milyon manat
3. PAŞA Bank – 1 milyard 854,1 milyon manat
4. Unibank – 1 milyard 112,8 milyon manat.
Siyahıda 5-ci yerdə olan «Yelo Bank»da əmaət həcmi 900 milyon manat, AccessBankda isə 894 milyon manatdır.













