023-cü ilin yanvar- sentyabr aylarında Azərbaycana 60 milyon 147,68 min dollar dəyərində 30 min 241,67 ton ət idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 8 milyon 225,77 min dollar (15,8%), miqdar ifadəsi ilə 1 322,41 ton (4,6%) artıb.
2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycana 51 milyon 921,91 min dollar dəyərində 28 min 919,26 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən ətin 1 tonun qiyməti 1989 dollar təşkil edib. Bu göstərici son bir ildə 193 dollar (10,8%) azalıb. Ötən ilin eyni dövründə 1 ton ətə çəkilən xərcin dəyəri 1 795 dollar olub.
Xatırladaq ki, cari ilin ilk 9 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 0,48%-nə bərabər olub. 2022-ci ilin eyni dövründə isə bu göstərici 0,50% idi.