Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefonların bəyan olunmadan gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Təyyarə ilə Bakıya gələn sərnişindən 4 milyon manatlıq - BRİLYANT TAPILDI
FED.az xəbər verir ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gizlədilən, gömrük orqanına bəyan edilməyən 433 ədəd mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.













