2026-cı ilin ilk 9 ayında Azərbaycandan böyük həcmdə qızıl ixracı qeydə alınıb.
Azərbaycanın xarici ticarətində böyük dəyişiklik – Müsbət saldo 5,7 dəfə artıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar–sentyabr aylarında ölkədən 25,36 ton işlənməmiş, yarımişlənmiş və ya toz şəklində qızıl ixrac olunub.
Bu məhsulların ümumi statistik ixrac dəyəri 3 milyard 781,6 milyon ABŞ dolları təşkil edib.
Qızıl ixracı ölkənin ümumi ixracının 15,85%-nə, qeyri-neft sektoru üzrə ixracının isə 56,85%-nə bərabər olub.
Müqayisə üçün, 2025-ci ilin ilk 9 ayına dair hesabatın əsas qeyri-neft ixracı cədvəlində qızıl ayrıca sətir kimi göstərilməmişdi.
2026-cı ildə qeyri-neft sektoru üzrə ixrac 6 milyard 651,6 milyon dollara çatıb. Bunun 3 milyard 781,6 milyon dolları məhz qeyd olunan qızıl məhsullarının payına düşüb.
Qızılın təsirini ayrıca nəzərə almaq qeyri-neft ixracının ümumi dinamikasını düzgün qiymətləndirmək baxımından əhəmiyyətlidir.













