2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 330 milyon 438,51 min ABŞ dolları dəyərində 3 milyard 100 milyon 178 min kvt/saat elektrik enerjisi ixrac edilib.
FED.az bu barədə Gömrük Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi dəyər ifadəsi ilə 293 milyon 43,69 min dollar (9,1 dəfə), miqdar ifadəsi ilə 2 milyard 442 milyon 879,14 min kvt/saat (4,7 dəfə) artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında xaricə elektrik enerjisi ixarcı 657 milyon 298,39 min dollar dəyərində 16 milyard 552 milyon 772,27 min m3 təşkil edib.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 1,25 %, qeyri-neft sektoru üzrə ixracında isə 13,5 % paya malik olub.
Keçən ilin müvafiq dövründə isə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,12%, qeyri-neft sektoru üzrə ixracında isə 1,72 % paya malik olub.