2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 3 milyon 744 min ABŞ dolları dəyərində 693 ton badam idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 136 min dollar və ya 43,6%, həcm baxımından isə 235 ton və ya 51,2% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında 2 milyon 608 min dollar dəyərində 459 ton badam idxal edilib.
1 ton badamın idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 5 399 dollar, 2022-ci ilin eyni dövründə 5 685 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 286 dollar (5%) ucuzlaşma baş verib.
Ümumilikdə isə 1 kq badamın idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 9,18 manat, 2022-ci ilin müvafiq dövründə isə 9,66 manata başa gəlib.