2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 1 milyon 490 min ABŞ dolları dəyərində 3 min 14ton yerkökü ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 145,6 min dollar və ya 10,8, həcm baxımından isə 394 ton və ya 15% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında 1 milyon 345 min dollar dəyərində 2 620 ton yerkökü ixrac edilib.
1 ton yerkökünün ixrac qiyməti 2023-cü ilin yanvar-dekabr aylarında 494 dollar, əvvəlki il isə 513 dollar olub. Beləliklə, ixrac qiyməti son bir il ərzində 19 dollar (3,7%) ucuzlaşıb.
Yəni 1 kq yerkökünü ixracı 2023-cü ild 0,84 manat, 2022-ci ildə 0,87 manata başa gəlib.