Kredit bir çox insan üçün böyük alışları və planları həyata keçirməyin yollarından biridir. Lakin aylıq ödənişi qarşılamaq imkanımız olsa belə, başqa bir sual qərar verməyimizi çətinləşdirə bilər: “Birdən işimi itirsəm, krediti necə ödəyəcəyəm?”
Bu narahatlıq xüsusilə kredit müddəti uzun olduqda daha çox ön plana çıxa bilər. Bu gün sabit gəlirimiz olsa da, bir və ya bir neçə ildən sonra iş və gəlir vəziyyətimizin necə olacağını əvvəlcədən bilmək mümkün deyil.
Nəticədə insan aylıq kredit ödənişini qarşılaya bildiyi halda belə, gələcəkdə işsiz qalmaq ehtimalına görə kredit götürməkdən çəkinə və planlarını təxirə sala bilər.
Əslində burada əsas narahatlıq kreditin özü deyil, gəlirin gözlənilmədən dayanmasıdır.
Buna görə kredit qərarı verərkən yalnız “Bu gün ödəyə bilərəmmi?” deyil, “Gəlirim müvəqqəti dayansa, ödənişlərimi necə davam etdirərəm?” sualını da nəzərə almaq vacibdir.














