2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 16 milyon 581 min dollar dəyərində 62 min 788 ton şüşə və şüə materialları ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 952 min dollar və ya 13,4% miqdar ifadəsilə 22 min 753 ton və ya 56,8% artıb.
2023-cü ilin 11 ayında isə Azərbaycandan 14 milyon 628 min dollar dəyərində 40 min 35 ton şüşə ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi şüşə və şüşə məmulatlarının 1 kiloqramının orta ixrac qiyməti 0,45 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 0,62 manat idi (illik 17 qəpik və ya 27,7% ucuzlaşma).