Dolu Store
Korporativ Satış Mütəxəssisi
Son tarix 20 okt 2026 - [email protected]
İş yeri - Bakı şəhəri
İş şəraiti:
- İş qrafiki: Tam iş günü, 5 günlük iş həftəsi;
- Əməkhaqqı: 700 - 1500 Azn. Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Sabit əmək haqq + satış nəticələrinə uyğun bonus;
- Mobil rabitə və işgüzar səfər xərclərinin qarşılanması;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Öhdəliklər
- Yeni korporativ müştərilərin araşdırılması, cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
- Mövcud korporativ müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və satış həcminin artırılması;
- Aylıq və illik satış planlarının yerinə yetirilməsi;
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul və həllərin təklif edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Satış danışıqlarının aparılması və satış prosesinin sifarişin tamamlanmasına qədər idarə edilməsi;
- Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak;
- Müqavilə bağlandıqdan sonra layihənin icra vəziyyətinin və müştəri məmnuniyyətinin izlənilməsi;
- Çatdırılma xidməti üzrə işlərin təşkili və idarəedilməsi
- Dövlət satınalmaları üzrə elanların mütəmadi monitorinqi və şirkət üçün uyğun satınalmaların müəyyənləşdirilməsi;
- Tender sənədlərinin və texniki şərtlərin ilkin təhlilində iştirak;
- Tender və kotirovka sorğuları üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak;
- Tender imkanlarının satış potensialı baxımından qiymətləndirilməsi və rəhbərliyə təqdim edilməsi;
- Tender və satış fəaliyyəti üzrə məlumatların, müştəri bazasının və nəticələrin sistemli şəkildə aparılması;
- Gündəlik və həftəlik fəaliyyət və satış hesabatlarının hazırlanması;
- Mövcud bazarın, rəqiblərin və qiymət dəyişikliklərinin araşdırılması;
- Şirkətin bazarda tanıdılması və korporativ müştəri bazasının genişləndirilməsi
- Şirkətin məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi
Tələblər
- Yaş - 25 yaşdan 45 yaşadək
- Təhsil - Ali
- İş təcrübəsi – 2 ildən 5 ilə qədər
- B2B satış və müştəri münasibətlərinin idarə olunması üzrə praktiki bacarıqlar;
- Satış danışıqları aparmaq və nəticəyə yönəlmək bacarığı;
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi bacarığı;
- Dövlət satınalmaları və tender prosesi haqqında məlumatlı olmaq üstünlükdür;
- Tender sənədlərini və texniki şərtləri oxumağa və təhlil etməyə maraq;
- MS Office, xüsusilə Excel və Word proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Rus və İngilis dili biliyi üstünlükdür;
- Analitik düşüncə, təqdimat, inandırma, araşdırma aparmaq və məlumatları müqayisə etmək bacarığı;
- Məsuliyyətli, təşəbbüskar, intizamlı və nəticəyönümlü olmaq;
- Komandada işləmək və eyni zamanda müstəqil qərar qəbul etmək bacarığı;
- Şəxsi avtomobilin olması üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə +994 994 50 50 60













